100 min dollara satın aldığı təyyarə ilə GÖRÜN NƏ ETDİ


Digərləri 19 Fev 2020 23:09:00 180 0

100 min dollara satın aldığı təyyarə ilə GÖRÜN NƏ ETDİ

64 yaşlı təqaüdçü elektrik mühəndisi Brus Kempbell meşədə tayı bərabəri olmayan ev inşa edib.

Son.az xəbər verir ki, Brus adlı yaşlı mühəndis 20 yaşı olarkən Oregon Hillsboro meşəsində 23 min dollara 10 hektar torpaq sahəsi satın alıb. Hələ gənclik illərindən köhnə əşyaları yeniləmək onun hobbisi olub. Əvvəlcə köhnə yük gəmisi satın alıb onu öz evinə çevirmək istəsədə lakin başqa bir qadının təyyarədən ev hazırlamaq ideyasını eşidərək fikrini dəyişdirib. Kempbell 1999-cu ildə ''Olimpic Airwaysdan'' ''Boeing 727'' təyyarəsini 100 min dollara satın alıb. Təyyarə Yunanıstanın Atina şəhərindən meşəyə daşınıb. Mühəndis ağlındakı ideyanı həyata keçirərək, təyyarənin içində bir ailənin yaşaması üçün lazım olan hər şəraiti yaradıb. (ölkə.az)