Paytaxtın bu hissəsində su olmayacaq


Digərləri 19 Fev 2020 17:34:00 129 0

Paytaxtın bu hissəsində su olmayacaq

Magistral su kəmərində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar bu gün gecə saatlarınadək Xətai rayonunun bir hissəsinə içməli suyun verilməsində müəyyən məhdudiyyətlər olacaq.

Bu barədə Son.az-a "Azərsu" ASC-dən məlumat verilib.

Yaranmış narahatlıqla əlaqədar "Azərsu" ASC abonentlərdən üzr istəyir.