Goranboyda silah səsi eşidilib Polis 21 yaşlı gənci öldürüb


Digərləri 19 Fev 2020 17:58:00 143 0

Goranboyda silah səsi eşidilib  Polis 21 yaşlı gənci öldürüb

Goranboy rayonunda insident zamanı silahdan istifadə edərək qətl törətməkdə təqsirli bilinən polis leytenantı Kərimov Vüsal Əlöysəd oğlunun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Son.az ölkə.az-a istinadən xəbər verir ki, cinayət işinin materialları baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Dadaş İmanovun icraatına verilib.

İş üzrə məhkəmə hazırlıq iclası fevralın 28-nə təyin olunub.

Qeyd edək ki, hadisə Goran qəsəsbəsi ərazisində baş verib. Burada xidmət aparan əməliyyat müvəkkili Vüsal Kərimova bir vətəndaş müraciət edərək bir qrup şəxsin yol kənarında toplaşaraq mübahisə etdiyini bildirib. Dərhal polis əməkdaşı onlara yaxınlaşıb.   Bu zaman mübahisə edənlərdən biri onu yumruqla vuraraq yerə yıxıb. Belə olan halda polis əməkdaşı ona təhkim olunmuş tabel silahı ilə havaya xəbərdarlıq atəşi açıb.