Qar uçqunu altında qalan qadınlar belə qurtarıldı - VİDEO


Dünya 19 Fev 2020 16:33:35 196 0

Qar uçqunu altında qalan qadınlar belə qurtarıldı - VİDEO

İsveçrədə qar uçqunu altında qalan iki qadın xizəkçinin köməyinə snoubordçular gəlib.

© google.az

İsveçrədə qar uçqunu altında qalan iki qadın xizəkçinin köməyinə snoubordçular gəlib.

“Report” “ABC News”a istinadən xəbər verir ki, qadınlardan birinin xilasedilmə anı snoubordçunun kaskasındakı kameraya düşüb.

Hadisə İsveçrənin cənub-qərbindəki Vale kantonunun Verbye kəndində baş verib.

Qadınlar bölgəyə çağrılan helikopter vasitəsilə xəstəxanaya yerləşdiriliblər.