İranlı nazir: “Ukrayna təyyarəsinin “qara qutusu” təmir olunur”


Dünya 19 Fev 2020 16:23:09 170 0

İranlı nazir: “Ukrayna təyyarəsinin “qara qutusu” təmir olunur”

İranın müdafiə naziri, briqada generalı Əmir Hatəmi yanvarın 8-də Tehran səmasında vurulan&“Ukrayna Beynəlxalq Hava Yolları” şirkətinə məxsus “Boeing” sərnişin təyyarəsinin&“qara qutusu”nun oxunması ilə bağlı məsələyə aydınlıq gətirib.&

© google.az

İranın müdafiə naziri, briqada generalı Əmir Hatəmi yanvarın 8-də Tehran səmasında vurulan“Ukrayna Beynəlxalq Hava Yolları” şirkətinə məxsus “Boeing” sərnişin təyyarəsinin“qara qutusu”nun oxunması ilə bağlı məsələyə aydınlıq gətirib.

“Report” İRNA-ya istinadən xəbər verir ki, nazir hazırda“qara qutu”nun təmir olunduğunu bildirib.

“İranın müdafiə sənayesindənUkrayna avialaynerinin “qara qutusu”nun təmir edilməsinə kömək etməsini istəmişik. Təmirdən sonra “qara qutu” oxunacaq”, - nazir deyib.

Xatırladaq ki, Ukraynaya məxsus “Boeing” 737-800 təyyarəsi yanvarın 8-i Tehran hava limanı üzərində İran Silahlı Qüvvələri tərəfindən səhvən vurulub. Hadisə nəticəsində 167-si sərnişin, 9-u ekipaj üzvü olmaqla 176 nəfər ölüb. Ölənlər arasında 11-i Ukrayna, 82-si İran, 63-ü Kanada, 10-u İsveç, 4-ü Əfqanıstan, 3-ü Almaniya, 3-ü isə Böyük Britaniya vətəndaşı olub. İran rəhbərliyi yanvarın 11-i təyyarəninsəhvən vurulmasını boynuna alıb.