Gəmidə koronavirusa yoluxanların sayı 621 nəfərə çatdı


Dünya 19 Fev 2020 14:53:45 162 0

Gəmidə koronavirusa yoluxanların sayı 621 nəfərə çatdı

“Diamond Princess”də koronavirusa yoluxma halları artır

Yaponiyanın İokohama şəhərinin limanında karantin üçün saxlanılan “Diamond Princess” səyahət gəmisində daha 79 nəfərdə koronavirus aşkarlanıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi bildirib.

Beləliklə, gəmidə koronavirusa yoluxanların ümumi sayı 621 nəfərə çatıb. Gəmidəki 3 600-dan çox insandan indiyədək 3 011 nəfərin təhlil nümunələrinin götürüldüyü məlum olub.

Koronavirusun aşkarlanmadığı 500 nəfərgəmidən sahilə çıxarılıb.