Paşinyan bu hərbçilərin işdən çıxarılmasını istəyir


Dünya 19 Fev 2020 14:44:48 156 0

Paşinyan bu hərbçilərin işdən çıxarılmasını istəyir

Ermənistanın prezident administrasiyasına respublikanın baş nazir aparatından 2 hərbçinin işdən azad edilməsi haqqında təklifi gəlib.

Ermənistanın prezident administrasiyasına respublikanın baş nazir aparatından 2 hərbçinin vəzifəsindən azad edilməsi barədə təklif irəli sürülüb.

“Report” “News.am”a istinadən xəbər verir ki, irəli sürüləntəklif ölkənin Hərbi Polis rəisi, polkovnik Artur Baqdasaryanın və Silahlı Qüvvələrin Mənəvi-Psixoloji Təminat üzrə İdarəsinin rəisi Aleksan Aleksanyanın işdən çıxarılması ilə bağlıdır.

Qeyd olunub ki,Prezident Armen Sarqsyanın təklifi imzalamaq üçün 3 gün müddəti var.

Xatırladaq ki, erməni mətbuatında son zamanlar Ermənistan ordusundabaş vermiş ölüm hadisələri ilə əlaqədar Hərbi Polis rəisi Artur Baqdasaryanın istefaya göndərilməsi barədə xəbərlər yayılmışdı.