Çin hökuməti WSJ-yə "qırmızı işıq" yandırdı


Dünya 19 Fev 2020 14:37:30 142 0

Çin hökuməti WSJ-yə "qırmızı işıq" yandırdı

Çin hökuməti tanınmış “Wall Street Journal”ının (WSJ) əməkdaşının akreditasiyasına xitam verib.

Çin hökuməti tanınmış “Wall Street Journal”ının (WSJ) əməkdaşının akkreditasiyasına xitam verib.

“Report” CNBC-yə istinadən xəbər verir ki, gündəlik brifinq zamanı bu addımın səbəbləri barədə danışan Xarici İşlər Nazirliyinin sözçüsü Qenq Şuanq nəşrin Çini “Asiyanın həqiqi xəstə adamı” kimi qələmə verən məqaləyə görə üzr istəməyi rədd etdiyini açıqlayıb.

XİN rəsmisi sözügedən məqalədə Çinə irqçiliklə hücum edildiyini, həmçinin ölkənin yeni koronavirus epidemiyasına qarşı mübarizə səylərinə ləkə yaxıldığını, bunun üçün üzrxahlıq etməkdən, yaxud araşdırma aparmaqdan boyun qaçırıldığını, bütün bunlarla Çin xalqının hiddətinə rəvac verildiyini deyib.

Məhdudlaşdırıcı tədbir tətbiq edilən jurnalistlərin adları açıqlanmayıb.

Xatırladaq ki, ötən gün ABŞ hökuməti “Sinxua” xəbər agentliyi, “China Global Television Network”, “China Daily Distribution Corp” və daha iki ən nüfuzlu dövlət media qurumuna əcnəbi səfirliklər kimi əməkdaşlarını və bütün addımlarını Dövlət Departamentində qeydiyyata saldırmaq öhdəliyi qoyduqlarını açıqlayıb.

Çinin XİN sözçüsü bu yeni qaydalarla razılaşmadıqlarını, cavab addımlar atmaq hüququnu özlərində saxladıqlarını bildirib.