İsrail Qəzza zolağına qarşı məhdudiyyətləri ləğv edib


Dünya 19 Fev 2020 08:21:00 133 0

İsrail Qəzza zolağına qarşı məhdudiyyətləri ləğv edib

İsrail raket hücumundan sonra Qəzza zolağına qarşı tətbiq olunan bir sıra təcili tədbirləri ləğv edib.

Trend-in "İnterfaksa" istinadən verdiyi məlumata görə, bu barədə İsrailin Müdafiə Nazirliyindən bildiriblər.

Bildirilir ki, bu barədə qərar "son günlər Qəzza bölgəsində müşahidə edilən sakitlik baxımından" qəbul edilib: "İsrail Qəzza sakinlərinə ölkəyə giriş üçün 2 min icazə verəcək və çərşənbə günü balıq ovu sahəsini 15 dəniz mili genişləndirəcək".

Xatırladaq ki, fevralın 15-i İsrail Hərbi Hava Qüvvələri raket hücumuna cavab olaraq Qəzza zolağında Həmasın mövqelərini bombalayıb.