İkinci dəfə Böyük Britaniyanın ən yaxşı ifaçısı seçilib


Digərləri 19 Fev 2020 08:24:00 126 0

İkinci dəfə Böyük Britaniyanın ən yaxşı ifaçısı seçilib

Repçi "Stormzy" "Böyük Britaniyanın ən yaxşı kişi solo ifaçısı" nominasiyasında "BRIT Awards" musiqi mükafatına layiq görülüb. Beləliklə o, ikinci dəfə Böyük Britaniyanın ən yaxşı ifaçısı seçilib.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, son illərdə Böyük Britaniyada ən tanınmış gənc musiqiçilərdən biri olan "Stormzy" bu nominasiyada ilk mükafatını 2018-ci ildə alıb.

"Böyük Britaniyanın ən yaxşı qadın solo ifaçısı" nominasiyasında ötən ilin avqust ayında"High Expectations" adlı ilk albomunu buraxan pop-müğənni Meybl mükafata layiq görülüb.

18 yaşlı amerikalı Billi Ayliş ən yaxşı beynəlxalq ifaçı seçilib. Qeyd edək ki, onun "No time to die" kompozisiyası aprel ayında prokata çıxacaq Ceyms Bond haqqında eyni adlı filmin əsas musiqisi olacaq.

İlin kompozisiyası ən yaxşı yeni ifaçı adına layiq görülən Lyuis Kapaldinin "Someone you loved" mahnısı olub. İlin albomu Deyv ləqəbi ilə çıxış edən repçi Devid Omoreginin "Psychodrama" adlı albomu seçilib.