Türk alimlər Antarktidada elmi araşdırmalar aparacaqlar


Dünya 19 Fev 2020 08:06:00 130 0

Türk alimlər Antarktidada elmi araşdırmalar aparacaqlar

Yer, canlı və dəniz elmləri üzrə mütəxəssislərdən ibarət Türkiyənin Qütb Araşdırma İnstitutunun 24 nəfərlik heyəti Antarktidaya göndərilib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Türkiyənin Sənaye və Texnologiya naziri Mustafa Varank məlumat verib.

Bildirilib ki, elm adamları orada bir ay ərzində IV Beynəlxalq Antarktida Elm Səfəri çərçivəsində 15 layihə üzrə araşdırmalar aparacaqlar. Tədqiqatlar dünyadakı qlobal istiləşmə və iqlim dəyişikliyi kimi bir çox problemləri əhatə edəcək.