Təkcə bir əldə 1 milyon avroluq aksessuar


Digərləri 19 Fev 2020 05:30:00 121 0

Təkcə bir əldə 1 milyon avroluq aksessuar

Kriştianu Ronaldu sevgilisi Corcina Rodrigesə qarşı olduqca səxavətli davranır.

Son.az kaspi.az-a istinadən bildirir ki, Corcinanın sosial şəbəkədə şəkli yayılıb. Onun sol əlində olan aksessuarların qiyməti müzakirə mövzusu olub. Təqribi hesablamalara görə, Corcinanın sol əlindəki əşyaların qiyməti 1 milyon avrodur.

Ən bahalı əşya üzükdür. Brilyant qaşlı üzüyün qiyməti təxminən 800 min avrodur. Rodrigesin "Patek Philippe" markalı saatı isə 40  min avroyadır.

Bilərziklərin isə hər birinin 30 min avro dəyəri olduğu ehtimal edilir.