Kalın Türkiyənin İdlibdəki səylərinin əsas məqsədini açıqladı


Dünya 18 Fev 2020 23:11:00 130 0

Kalın Türkiyənin İdlibdəki səylərinin əsas məqsədini açıqladı

Türkiyənin İdlibdəki səylərinin əsas məqsədi Soçi Memorandumunun şərtlərinin yerinə yetirilməsinə qayıtmaqdır.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Türkiyə Prezidentinin mətbuat katibi İbrahim Kalın deyib.

İ.Kalın qeyd edib ki, Türkiyə Silahlı Qüvvələrinin İdlibdəki müşahidə postları köçürülməyəcək. Onun sözlərinə görə, bölgənin mülki əhalisini qorumaq üçün Ankara İdlibə hərbçilər və texnika göndərməyə davam edəcək.

Mətbuat katibi vurğulayıb ki, İdlib deeskalasiya zonasında xidmət edən Türkiyə hərbçilərinə qarşı hər hansı bir təxribatın qarşısı ən qətiyyətli şəkildə alınacaq.