Boyun miqreni nədir?


Digərləri 18 Fev 2020 21:05:00 127 0

Boyun miqreni nədir?

Onurğanın boyun hissəsinin ətrafında yerləşən sinirlərin sıxılması ilə meydana çıxan xəstəlik "Barre Leu" sindromu adlanır.

Son.az medicina.az-a istinadən bildirir ki, bu patologiya ilk dəfə keçən əsrdə aşkarlanıb və "boyun miqreni" adlandırılıb. Səbəbi isə ağrının miqren ağrısı kimi birtərəfli olmasıdır.

Boyun miqreni 1, 2 və 3-cü boyun fəqərələrinin zədələnməsi nəticəsində onurğa beyninin onurğa arteriyalarını sıxması nəticəsində inkişaf edir. Bu zaman arteriya damarlar sıxıldığına görə, boyun hissənin qan təhcizatı pozulur.

Səbəbləri:

-Boyun fəqərələrinin osteaxandrozu, yəni boyun fəqərələri arasında yerləşən qığırdaq toxumasının zədələnməsi

-Anadangəlmə boyun patologiyası

-Boyun fəqərələrinin zədələnməsi

-Boyun fəqərəsi arteriyalarının aterosklerozu.

-Əzələ spazmı.

-Boyun limfa düyünlərinin iltihabı.