İspanaqlı düyü yeməyin resepti (10 ay +)


Digərləri 18 Fev 2020 13:01:00 155 0

İspanaqlı düyü yeməyin resepti (10 ay +)

İspanaq qışın dəyərli tərəvəzlərindən biridir. Tərkibində nitrat olduğundan, 6-9 aylıq körpələr üçün yalnız ispanaq tövsiyə edilmir, ancaq tərəvəz şorbasına 1-2 yarpaq ispanaq elavə etmək olar.

Təxminən 9-10 aydan sonra vaxtaşırı yalnız ispanaq verilə bilər. İspanağı çox yaxşı yumaq vacibdir. Bundan əlavə, yaşıl yarpaqlı tərəvəzlərlə hazırlanan qidalar ertəsi günə saxlanılmadan yeyilməlidir.

İspanaq A, C və E vitaminlərinin, dəmir və kaliumun yüksək mənbəyidir. Antioksidan xüsusiyyətləri ilə qış günlərində daha faydalı olduğu hesab olunur. Körpənizin ispanaq yediyi günlərdə nəcisi tünd rəngdə ola bilər, bu normaldır. Bu qidalı maddələrlə zəngin olan ispanağın kalorisi azdır. Bu səbəblə ispanaq piylənməyə qarşı olan bir bitki hesab olunur. İspanaq uşaqlar üçün çox faydalı bir qida mənbəyidir. Yalnız süd və süd məhsullarında tapıldığı düşünülən kalsium, ispanaqda da var. İspanaq liflə zəngin olduğu üçün qəbizliyin qarşısını almağa kömək edir.

İspanaqlı düyü yeməyi üçün inqrediyentlər: yarım dəstə ispanaq,  1 orta boy soğan, 3 xörək qaşığı "Zeytun Bağları" zeytun yağı, 3 xörək qaşığı düyü, 1 pomidor və ya 1 xörək qaşığı evdə hazırlanan tomat pastası.