Səfər Mehdiyev: "Azərbaycanın zərgərlik sektorunda dövlətlə biznesin birbaşa dialoqu lazımdır"


Digərləri 18 Fev 2020 13:29:00 232 0

Səfər Mehdiyev: "Azərbaycanın zərgərlik sektorunda dövlətlə biznesin birbaşa dialoqu lazımdır"

Azərbaycanın zərgərlik sektorunda dövlətlə biznesin birbaşa dialoqunu qurmaq lazımdır.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev "Zərgərlik bazarının inkişaf perspektivləri: problemlər və imkanlar" adlı konfransda deyib.

Onun sözlərinə görə, idxal əməliyyatlarına yüksək vergi və rüsumların tətbiq olunması qanuni fəaliyyət göstərən şirkətlərin qaçaqmalçılığa üstünlük verməsinə şərait yaradır ki, bu da "kölgə iqtisadiyyatı" ilə mübarizəni çətinləşdirir.

Komitə sədri bildirib ki, zərgərlik sahəsinin nizamlanması mexanizminin mahiyyəti sahibkarlaar üçün əlverişli şəraitin yaradılması, dövlətlə biznesin dialoqunun qurulması, məhsulun qanunsuz dövriyyəsi və daşınması ilə birgə mübarizənin aparılmasındadır və bu da öz növbəsində bu sektorun dinamik inkişafına gətirib çıxaracaq: