Dayə 3 yaşlı qızı DVDni aşırdığına görə bıçaqlayıb, öldürdü FOTO


Dünya 18 Fev 2020 13:17:00 130 0

Dayə 3 yaşlı qızı DVDni aşırdığına görə bıçaqlayıb, öldürdü  FOTO

Dayə 3 yaşlı qızı "DVD player"i aşırdığına görə bıçaqlayıb.

Son.az Mirror-a istinadla xəbər verir ki, Tamara Kazantseva adlı qadın 3 yaşlı Zlata adlı qızı bıçaqlayaraq öldürüb.

34 yaşlı qadın hakim qarşısında ifadə verərkən cinayət törətdiyini etiraf edib. O, qızı bıçaqlayarkən sərxoş halda olduğunu boynuna alıb.

Dəhşətli hadisə Qazaxstanın Vesovaya vilayətində baş verib.

Məhkəmədə bildirilib ki, uşağın valideynləri Zlatanı ona tapşıraraq işə gediblər. Bu zaman Tamara 43 yaşlı sevgilisini evə çağırıb və birlikdə spirtli içki qəbul ediblər.