İcra başçısı köməkçisini işdən çıxardı


Digərləri 18 Fev 2020 11:55:00 126 0

İcra başçısı köməkçisini işdən çıxardı

Yevlax Rayon İcra Hakimiyyətində (RİH) yeni təyinatlar olub.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, Yevlax RİH-nin başçısı Anar Tağıyev köməkçisi Taleh Rəşidovu vəzifəsindən azad edib.

İcra başçısının əmrinə əsasən, bu vəzifəyə İsmayılov Sərvər Dayandur oğlu təyin edilib. 

İcra başçısının digər əmri ilə Mirtofiq Bəşirov vakant olan Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri vəzifəsinə təyin olunub.