"Sədərək" Ticarət Mərkəzi yanır VİDEO FOTO


Digərləri 18 Fev 2020 08:43:00 191 0

"Sədərək" Ticarət Mərkəzi yanır  VİDEO  FOTO

Bakıda ticarət mərkəzində yanğın başlayıb.

Son.az Trend-ə istinadən bildirir ki, Lökbatan qəsəbəsində fəaliyyət göstərən "Sədərək" ticarət mərkəzi yanır.

Məlumata görə, yanğın Ticarət mərkəzinin birinci zonasındakı çartaqda başlayıb.

Yanğının bir neçə mağazaya keçdiyi bildirilib.

Hadisə yerinə FHN-nin yanğından mühafizə xidmətinin canlı qüvvə və texnikaları cəlb olunub.

Yanğının qarşısının alınması istiqamətində işlər görülür.