ABŞ-da nənə xəstəxanaya silahlı hücumla nəvəsini oğurladı - FOTO


Dünya 18 Fev 2020 04:59:06 120 0

ABŞ-da nənə xəstəxanaya silahlı hücumla nəvəsini oğurladı - FOTO

ABŞ-da yaşlı qadın qeyri adi cinayət törədib.

ABŞ-da yaşlı qadın qeyri-adi cinayət törədib.

“Report”un məlumatına görə, bu barədə şəhər hakimiyyətinə istinadən “Fox News” xəbər verir.

Bildirilir ki, hadisə Yeni Orleanda baş verib. Nənə tibb personalı tapançayla hədələyərək, nəvəsini xəstəxanadan aparıb.

Məlumata görə, 66 yaşlı Evelina Miller həkimlərə tapança ilə hədə-qorxu gələrək 12 yaşlı qızın ona verilməsini tələb edib. Tibb işçiləri ona mane olmağa çalışıblar, amma sonda yeniyetməni verməyə məcbur olublar.

Yerli polisin məlumatına görə, qadın qaçan zaman bir tibb bacısını itələyərək yıxıb və mühafizəçini avtomobili ilə vurub. Hüquq-mühafizə orqanlarının əməkdaşları növbəti gün qızın yerini aşkarlayıblar.

Qadına qarşı uşaq oğurluğu üzrə ittiham irəli sürülüb və o həbs edilib.