Damar tutulmasına görə gəzə bilməyən yaşlılar bu içkini içsin ALİMLƏR


Digərləri 17 Fev 2020 23:39:00 141 0

Damar tutulmasına görə gəzə bilməyən yaşlılar bu içkini içsin  ALİMLƏR

Periferik arteriyaların xəstəlikləri və tutulması səbəbindən 60 yaşdan yuxarı insanlar gəzmədə problem yaşayır.

Son.az medicina.az-a istinadən bildirir ki, yeni elmi tədqiqatda 44 pasiyent üzərində kakao içməyin damarlara təsiri yoxlanılıb.

60 yaşdan yuxarı olan bu insanlar gündə 3 dəfə kakao içiblər.

Digər qrup isə adi qaydada su, çay içməyə davam ediblər.

Yarım il davam edən eksperimentin nəticəsi göstərib ki, kakao içənlər daha yaxşı gəzməyə başlayıb.

Kakao içənlər 6 dəqiqə ərzində 42,6 metr daha çox məsafə qət edib.