Parisdə etiraz aksiyası başladı


Dünya 17 Fev 2020 20:00:28 136 0

Parisdə etiraz aksiyası başladı

Parisdə hökumətin təqdim etdiyi təqaüd islahatı layihəsinə qarşı daha bir kütləvi etiraz aksiyası başlayıb.

Parisdə hökumətin təqdim etdiyi təqaüd islahatı layihəsinə qarşı daha bir kütləvi etiraz aksiyası başlayıb.

“Report” “Sputnik”ə istinadən xəbər verir ki, Opera Qarnyedən qanun layihəsinin müzakirə olunacağı Milli Assambleyaya doğru yürüş edən nümayişçilər “Makron, rədd ol!”, “İctimai tənəzzülü müzakirə etməzlər, ortadan qaldırarlar!” yazılan şüarlar daşıyırlar.

Xatırladaq ki, bəzi işçi təbəqələri üçün imtiyazlardan imtina edərək universal təqaüd sisteminin tətbiqini nəzərdə tutan qanun layihəsi artıq parlamentin aşağı palatasının xüsusi komissiyasına təqdim olunub. Layihəyə indiyədək 22 minədək düzəliş edilib.