Faiq Ağayev “Tarqovı”da dalaşanları ayırıb,


Şou-biznes 17 Fev 2020 16:33:00 171 0

Faiq Ağayev “Tarqovı”da dalaşanları ayırıb,

Xalq artisti Faiq Ağayev Murad Arifin "Youtube"da yayımlanan "Popumuz var" layihəsində qonaq olub.

Son.az axşam.az-a istinadən bildirir ki, veriliş zamanı maraqlı hadisə yaşanıb.

F.Ağayev söhbət edərkən "Tarqovı" ərazisində davanın şahidi olub. O, dərhal avtomobildən enərək tərəfləri ayırmağa çalışıb. Sənətçi ilə bərabər köməkçiləri də davaya müdaxilə edib. Əlbəyaxa olan şəxslər sakitləşdirilib.

"Belə şeylərə dözmürəm. İki uşaqdır, niyə bir siqaretə, xətalı sözə görə niyə gedib içəridə yatsın? İstəmirəm belə şeylər olsun" deyə, sənətçi bildirib.