Azərbaycanla Türkiyə KOBları birgə layihələr həyata keçirə bilər


Digərləri 17 Fev 2020 15:31:00 106 0

Azərbaycanla Türkiyə KOBları birgə layihələr həyata keçirə bilər

Azərbaycan ilə Türkiyə KOB-ları birgə layihələr həyata keçirə bilər.

Son.az xəbər verir ki, Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) Trend-ə verilən məlumata görə, agentliyin idarə heyətinin sədri Orxan Məmmədov Azərbaycan Türkiyə İş Adamları Birliyinin (ATİB) idarə heyətinin sədri Cemal Yanqınla görüşüb.

Görüşdə KOB sahəsində mövcud əməkdaşlığa, əlaqələrin daha da genişləndirilməsi perspektivlərinə, hər iki ölkənin KOB-larının iştirakı ilə birgə layihələrin reallaşdırılmasına, eləcə də Azərbaycanın regionlarında KOB-ların dəstəklənməsinə dair fikir mübadiləsi aparılıb.