Əsəd ordusu Hələbin böyük hissəsini ələ keçirdi
Dünya 17 Fev 2020 12:31:48 109 0
Suriyada Bəşşar Əsədə sadiq qüvvələr ölkənin şimal-qərbində yerləşən və müxalifətin nəzarəti altında olan ərazilərdə hərbi əməliyyatları davam etdirir.
© Albert Aji - AP — Dəməşq və Hələb arasındakı M5 magistral yolu
Suriyada Bəşşar Əsədə sadiq qüvvələr ölkənin şimal-qərbində yerləşən və müxalifətin nəzarəti altında olan ərazilərdə hərbi əməliyyatları davam etdirir.
“Report” “Euronews”a istinadən xəbər verir ki, bu barədə məlumatı Suriyanın SANA dövlət agentliyi yayıb.
Bildirilib ki, Rusiya və İranın dəstəklədiyi Suriya ordusu Hələbin böyük qismini müxaliflərdən alıb. Mərkəzi İngiltərədə yerləşən Suriya İnsan Haqları Müşahidəçiləri Təşkilatının sədri Ramil Əbdül-Rəhman hadisəni təsdiqləyib.
Qeyd edək ki, rejim qüvvələri daha öncə Dəməşq və Hələb arasındakı M5 magistral yolunu tamamilə nəzarət altına almış və buradakı müxtəlif maneələritəmizləməyə başlamışdı.
Mənbə: report.az