Bakıda "Hyundai" və “Mercedes” toqquşdu:


Digərləri 17 Fev 2020 12:42:00 155 0

Bakıda "Hyundai" və “Mercedes” toqquşdu:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Sabunçu rayonunda "Hyundai" markalı minik avtomobili və "Mercedes" markalı yük avtomobili toqquşub.

Fövqəladə Hallar Nazirliyindən Son.az-a verilən məlumata görə, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri minik avtomobilində sıxılı vəziyyətdə qalan 1 nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.