Salvadorda avtobus dərəyə yuvarlanıb, 11 nəfər ölüb


Dünya 17 Fev 2020 10:39:07 98 0

Salvadorda avtobus dərəyə yuvarlanıb, 11 nəfər ölüb

Qəza San Salvador şəhərindən 55 km məsafədə, yol yatağının çoxsaylı əyilmələri və ətrafındakı uçurum səbəbi ilə təhlükəli hesab olunan yolda baş verib

Salvadorun cənub-qərbində avtobusun dərəyə yuvarlanması nəticəsində azı 11 nəfər ölüb, daha 25 nəfər yaralanıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə AFP məlumat yayıb.

Bildirilib ki, qəza San Salvador şəhərindən 55 km məsafədə, yol yatağının çoxsaylı əyilmələri və ətrafındakı uçurum səbəbi ilə təhlükəli hesab olunan yolda baş verib.