Günün qoroskopu: xüsusi sarsıntılar, çətin sınaqlar və qayğıların olmayacağı gündür


Digərləri 17 Fev 2020 00:01:00 130 0

Günün qoroskopu: xüsusi sarsıntılar, çətin sınaqlar və qayğıların olmayacağı gündür

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Son.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir

Qoç - hadisələrlə zəngin, bir qədər gərgin gündür. Problemlərə soyuqqanlı yanaşın. Belədə yaxşı əhvalınızı və hisslərinizin tarazlığını qoruya bilərsiniz. İşdə qarışıqlıq və müəmmalı məqamlardan uzaq durun. Tərəfdaş və həmkarlarla münasibətlərdə hiyləgərliyə əl atmayın. Rəhbərlikdən uzaq dursanız, gərgin situasiyalarla üzləşməyəcəksiniz.

Buğa - Yaşlı qohumlar heç xoş olmayan "sürpriz" bəxş etsələr də, situasiyaya kəskin reaksiya verməyin. Münaqişə və mübahisələr mövcud çətinlikləri daha da ağırlaşdıracaqlar. Romantik münasibətlər baxımından qüsursuz gündür. Sevdiyiniz insanla qarşılıqlı anlaşma və hisslər dərkini yaşayacaqsınız.

Əkizlər - xüsusi sarsıntılar, çətin sınaqlar və qayğıların olmayacağı gündür. Kiçik problemlər istisna deyil, amma onlar sizi yolunuzdan döndərməməlidir. Maneələrin əsl səbəbini araşdırın, yaşanan proseslərin kökünü anlamağa çalışın. Köhnə tərəfdaş və ya sabiq iş yoldaşı ilə görüşdən yayınmayın. Tezliklə ümumi dil tapmaqla yanaşı, əməkdaşlığın bərpa ehtimalının müzakirəsi də mümkündür.

Xərçəng - çətin gündür. Düşünülməmiş qərarlar verməyin, əməllərinizin nəticələrini əvvəlcədən təxminləməyə çalışın. Belə şəraitdə problemlərin sürəkli yaranmasına təəccüblənməyin. Yaşananlara münasibətiniz məcranı dəyişə bilər. İşdə həmkarlar və rəhbərliklə münaqişədən yayının. Maliyyə və əmlak məsələləri ilə bağlı sualların müzakirəsini təxirə salın.

Şir - Şəxsi münasibətlərdə eqoist və təşəxxüslü, laqeyd davransanız, problemlər istisna deyil. Ən yaxın insanlarınızla münasibətlərdə sərinlik yaratmayın. Soyuq tənqid, sərt sözlər, aqressivlik münasibətləri korlaya bilər. Axşam saatlarında istirahət edin.

Qız - yeniliklər və dəyişikliklər zamanıdır. Dünyagörüşünüzü artırın, yaşlı həmkarların və iş yoldaşlarınızın təcrübəsindən yararlanın. Sizi yeni işlər və öhdəliklər gözləyir. Müxtəlif informasiyalardan, əldə edilmiş məlumatlardan yararlanın. Səhvlər istisna deyil. Özünüzə həddən ziyadə əmin olsanız, məsləhətlərə qulaq asmasınız və ənənələri pozsanız, ciddi səhvlərə yol verə bilərsiniz.

Tərəzi - maliyyə məsələlərində həddən ziyadə ehtiyatlı olun. Xərcləri azaldın, bahalı səfər və ya əyləncədən imtina edin, bahalı istirahəti unudun. Yoxsa böyük məbləğdə pul itirə bilərsiniz. Yaşlı qohumlarınız məsləhət və tənqidləri azaltmırlar. Sevdiyiniz insan sizə ehtiyac duyduğunuz mənəvi dəstəyi verəcəklər.