Çiy fındığın faydaları


Digərləri 16 Fev 2020 23:35:00 170 0

Çiy fındığın faydaları

Qızıl payızın əsas meyvələrindən biri də fındıqdır. Fındıq beyin sağlamlığından tutmuş diabet riskini azaltmaya qədər bir çox önəmli faydalara malikdir. Çiy fındığın orqanizmə olan faydalarını oxucularımıza təqdim edirik.

İmmunitet sistemini gücləndirir

Fındıq yağının tərkibi E vitamini ilə zəngindir. E vitamini qırmızı qan hüceyrələrinin parçalanmasının qarşısını alaraq anemiya (qan azlığı) riskini azaldır. Eyni zamanda qan dövranını normallaşdırır, hərarət, soyuqdəymə və digər xəstəliklərin yaranma riskini azaldır, immunitet sistemini gücləndirir.

Diabet riskini azaldır

"American Journal of Clinical Nutrition" jurnalında yayımlanan elmi işə əsasən, diabet xəstələri müntəzəm olaraq fındıq yeyəndə digərlərinə nisbətən daha az qan yağına sahib olurlar. Bundan başqa gündəlik menyusuna çiy fındıq əlavə edən diabet xəstələrinin qlükoza intoleransına da müsbət təsir edir.

Beyinə faydalıdır

Fındığın tərkibindıə protonosiyanidinlər, kersetin və kaemferol kimi maddələr var. Bu proantosiyaninlər flavonodilər qrupuna aiddir. Flavonoidlər isə beyin sağlamlığı üçün faydalıdır. Eyni zamanda triptofan və izolosin amin turşuları ilə zəngin olduğu üçün zehni və psixoloji olaraq da insana müsbət təsir edir.

Sinirlərə müsbət təsir edir

Fındıq B6 vitamini ilə də zəngindir. B6 vitamini isə elektrik siqnallarının sürətini və səmərələliyini artıran, sinir sisteminin normal şəkildə fəaliyyətini təmin edən, sinirin qılıfı olan miyelinin yaranması üçün lazım olan vitamin kimi tanınır. Bundan başqa sinir sisteminin sağlam fəaliyyəti üçün lazım olan seratonin, melatonin və epinefrin kimi hormonların da ifrazı B6 vitaminin dəstəyi ilə mümkündür.

Tox saxlayır

Fındığın tərkibində lif, yağ toxluq hissini artırır, bu da həddən artıq yemək yeməyin qarşısını alır, kalori qəbulunu azaldır. Amma həddən artıq fındıq qəbul etmək əks effekt verir və çəki artımına səbəb olur. Çünki fındığın enerjisi çoxdur. 1 ovuc fındıq 25 qramdır. Onun isə 150 kalorisi var.

Xərçəngə qarşı qoruyur Xərçəng hüceyrələrinin inkişafına səbəb olan faktorları fındıq ortadan qaldırır. Eyni zamanda orqanizmdəki zərərli hüceyrələrin məhv olmasını təmin edərək xərçəng ehtimalının qarşısını alır. Fındığın tərkibində olan beta-sitosterol maddəsi sinə və prostat xərçəngi riskini azaldır.