Çox danışmaqdan niyə çəkinmək lazımdır?


Digərləri 16 Fev 2020 22:50:00 129 0

Çox danışmaqdan niyə çəkinmək lazımdır?

Həyanın yaranmasına səbəb olan amillər də vardır, onun qarşısını alan maneələr də.

Həyanı yaradan amillərlə tanış olaq:

1. Ağıl. Həzrət Peyğəmbər (s) buyurur: "Ağıl, mülayimliyin yaranmasına səbəb olar. Mülayimlikdən - elm, elmdən - inkişaf, inkişafdan - iffət, iffətdən - özünə hakim olmaq, özünə hakim olmaqdan - həya, həyadan - vüqar, vüqardan - xeyir işə davam etmək və pis işə nifrət etmək hasil olar".

2. İman. Son.az deyerler.org-a istinadən bildirir ki, İmam Sadiq (ə) buyurur: "Hər kimin həyası olmaz - onun imanı olmaz".

Həyaya mane olan amillər:

1. Pərdələrin aradan qalxması. İmam Kazım (ə) səhabələrinə tövsiyə edərdi: "Özünlə qardaşın arasında olan həya pərdəsini cırma və ondan bir qədərini saxla. Çünki onu aradan aparmaq - həyanı aradan aparmaqdır".

2. İnsanlara ehtiyac əlini uzatmaq. İmam Sadiq (ə) buyurur: "İnsanlara tərəf ehtiyac əlini uzatmaq - izzəti məhv edər və həyanı aparar".