Məgər bilmirsiniz ki...


Digərləri 16 Fev 2020 22:40:00 137 0

Məgər bilmirsiniz ki...

Şeyx Səduq, İmam Həsəndən (ə) belə bir hədis nəql etmişdir ki, Müaviyə (lən) ilə müqavilə bağladıqdan sonra, o Həzrətə (ə) etiraz edənlərə cavabdır.

Son.az deyerler.org-a istinadən bildirir ki, bu hədisdə Həzrət İmam Həsən (ə) buyurur: "Vay olsun sizə! Bilmirsiniz ki, mən nə edirəm? Allaha and olsun ki, mənim davamçılarım üçün etdiyim əməl, Günəşin üzərinə doğduğu və batdığı şeydən daha üstündür. Bilimirsiniz ki, mən sizin İmamınızam? Məgər mən Peyğəmbərin (s) buyurduğu kimi, behişt cavanlarının sərvərlərindən biri deyiləmmi?"

Deyirlər: "Bəli".

Həzrət (ə) buyurur: "Bilmirsiniz ki, Xızır gəmini deşən və divarı bərpa edən və nökəri öldürən zaman Musanın (ə) qəzəbinə uğramışdı. Ona görə ki, bu işlərin hikmətini bilmirdi.

Bu əməl də Allah Təala yanında hikmət və savab əsasındadır.

Məgər bilmirsiniz ki, bizim hər birimizin boynunda zamanəmizin tağutuna beyət etmək düşür, o Qaimdən (ə.f) başqa ki, İsa ibni Məryəm (ə) onun arxasında namaz qılacaq?