İnsana verilən kəramət


Digərləri 16 Fev 2020 21:55:00 126 0

İnsana verilən kəramət

İnsanın ömrünün bütün zamanı kəramətdir. Çünki Allah Təala kəramət əsasında dünyanı xəlq etmişdir. Bu dünyanın xəlifələri isə kəramətli insanlardır. Bu, doğrudur ki, neft və qaz yerdən çıxır, ancaq bizim ruzimiz neft və qaz deyildir, Allahın da buyurduğu kimi, səmadan enəndir. "Sizin ruziniz (yağış, külək, nur, gecə, gündüz və fəsillər kimi ruzinizin təmin olunma vasitələri) və sizə vəd edilən şey (axirət cənnəti) - göydədir". ("Zariyat" 22).

O ruzi - kəramət və insanlıqdır. Əgər səma ruzisi olan kəramət olmasaydı, heç kəs qaz və neftə malik olaraq kəramət əldə edə bilməzdi.

Allah Təala Qurani-Kərimdə buyurur ki, Mən insanı kərim xəlq etmişəm. Ona xəlifəlik məqamını bəxş etmişəm.

İnsan Allahın xəlifəsi olduğu üçün kəramət nemətindən bəhrə aparar.

İmam Rza (ə) buyurur: "O zaman ki, mömin iman yükü ilə yüklənər və Allahın sünnətinə və Allahın yoluna malik olar - o, Allahın bəndəsi olar. Nə zaman Allahın qulu olar - parlamağa başlayar.

Əgər kəraməti görmək istəyirsinizsə, gərək sizdə Allahın nişanələri olsun. Sizin nurani olmağınız mümkündür".