Əsrimizin bəlasının fəsadları: Skelet xəstəlikləri, piylənmə riski…


Digərləri 16 Fev 2020 20:35:00 134 0

Əsrimizin bəlasının fəsadları: Skelet xəstəlikləri, piylənmə riski…

Exnologiyanın günü-gündən inkişaf etməsi həyatımıza təsirsiz ötüşmür. Artıq ayrılmaz hissəmizə çevrilən telefonların müsbət tərəfləri qədər səhhətimizdə yaratdığı problemlər özünü göstərir.

İsveçrə Tropiklər və İctimai Səhiyyə İnstitutunun alimləri də bu qənaətə gəlib ki, mobil telefonun elektromaqnit şüası xüsusilə yeniyetmələrin yaddaşına mənfi təsir göstərir. Şüanın beyinə potensial təsirinin minimuma endirilməsi üçün mobil telefonla danışarkən (xüsusən şəbəkənin gücü zəif olduqda) qulaqcıq və ya səsgücləndiricidən istifadə tövsiyə edilir.

Texnoloji vasitələrdən daha çox istifadə insanda vərdiş, alışqanlıq halını alır. Onların uşaqlara təsir gücü isə daha çoxdur. Ictimai həyatdan qaçma, içə qapalılıq, bu alətləri qadağan edən valideynə qarşı aqressiya göstərmə kimi əlamətlər psixoloji travmanın yaratdığı təsirlər arasındadır. Bu qrup uşaqlarda depressiya, autizm, diqqət əskikliyi daha çox görülür. Yüksək texnoloji sürət ilə gerçək həyat arasındakı fərqlilik uşaqların davranışlarında dözümsüzlük, empatiya qura bilməmək, hadisələrin həlli yolunu tapmamaq  kimi özünü büruzə verir. Zamanla uşaqlar təcavüzkar bir şəxsiyyətə donuşur.

Texnoloji vasitələr uşaqlara fiziki baxımdan aşağıdakı mənfi təsirləri göstərir:

Vizyon problemləri. Skelet xəstəlikləri. Radiasiya alınması. Hərəkətin məhdudlaşdırılmasına səbəb olan əzələ problemləri. Köklük riski. Yuxu rejiminin pisləşməsi və  yuxuya getmə problemləri. Bəs, texnologiya asılılığından necə xilas olmaq mümkündür?

Mütəxəssislər bildirir ki, ilk olaraq telefon və digər texnoloji alətlərin vərdiş halını alıb-almaması dəqiqləşdirilməlidir. Əgər həqiqətən texnologiyadan asılılıq varsa, müvafiq mütəxəssis dəstəyi alınmalıdır. Bununla yanaşı, texnologiyanın istifadəsinə gətirib çıxaran səbəblər araşdırılmalıdır.

İkincisi, texnologiya asılılığına səbəb olan vəziyyətlər aradan qaldırılmalıdır. İnsanın həyat tərzi buna səbəbdirsə, həyat tərzi dəyişdirilməli , sosial səbəblər varsa, sosial mühit nəzərdən keçirilməlidir.