“Diamond Princess” kruiz gəmisində koronavirusa yoluxanların sayı artıb


Dünya 16 Fev 2020 16:23:00 102 0

“Diamond Princess” kruiz gəmisində koronavirusa yoluxanların sayı artıb

Karantin altında olan "Diamond Princess" kruiz gəmisində daha 70 nəfərin koronavirusa (COVID-19) yoluxduğu aşkarlanıb.

Son.az bildirir ki, APA-nın "Alman dağlası"na istinadən verdiyi məlumata görə, bunu Yaponiya Səhiyyə naziri Katsunobu Kato bildirib.

Bununla da gəmidə virusa yoluxanların sayı 355 nəfərə çatıb.

Qeyd edək ki, Yaponiyaya məxsus "Diamond Princess" kruz gəmisində 2500 turist və 1000 heyət üzvü var. Onların arasında Rusiya, Ukrayna və Almaniya vətəndaşları da yer alıb. Gəmi koronavirus aşkarlanan Honkonqa səfər etdikdən sonra karantin altına alınıb. Gəmi Yaponiyanın İokoqama limanındadır.