Kuril adalarında güclü zəlzələ olub


Dünya 16 Fev 2020 16:01:00 135 0

Kuril adalarında güclü zəlzələ olub

Kuril adalarında 5,6 bal gücündə zəlzələ olub.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "RİA Novosti"yə Rusiya Elmlər Akademiyasının Federal Tədqiqatlar Mərkəzinin Geofizika Xidmətinin Saxalin filialından məlumat verilib.

Yeraltı təkanlar yerli vaxtla saat 10:35 radələrində qeydə alınıb. Zəlzələnin episentri Onekotan adasından 56 kilometr şərqdə, ocağı isə 13 kilometr dərinlikdə yerləşib.

Dağıntı və tələfat barədə məlumat daxil olmayıb.