Azərbaycan aşıq sənətinə itki üz verib


Digərləri 16 Fev 2020 15:13:00 160 0

Azərbaycan aşıq sənətinə itki üz verib

Şirvan Aşıq məktəbinin görkəmli nümayəndələrindən olan aşıq Durasən Babayev fevralın 15-də dünyasını dəyişib.

Son.az xəbər verir ki, aşıq Durasən Babayev uzun sürən xəstəlikdən vəfat edib. 1949-cu ildə anadan olan aşıq Durasan ömrünün 71-ci baharında yaşadığı evdə vəfat edib.

D. Babayevlə vida mərasimi evində keçiriləcək və o, Qobustan qəsəbəsindəki qəbiristanlıqda dəfn ediləcək.

Allah rəhmət eləsin!