Bakı Sumqayıt yolunda qəza:


Digərləri 16 Fev 2020 11:44:00 136 0

Bakı Sumqayıt yolunda qəza:

Abşeron rayonunda yol-nəqliyyat hadisəsi baş verib, iki nəfər xəsarət alıb.

Son.az APA-ya istinadən bildirir ki, hadisə Bakı Sumqayıt şossesinin Xırdalan şəhərinə düşən hissəsində qeydə alınıb. 

Həsənəli Şamxal Həsən oğlu idarə etdiyi "Geely" markalı nəqliyyat vasitəsilə Xırdalan qəbistanlığının beton plitəsinə çırpılıb. Nəticədə sürücü Ş.Həsənəli və sərnişin xəsarət alıb. 

Sürücünün APA-ya verdiyi məlumata görə, hərəkətdə olan zaman naməlum markalı avtomobil onun nəqliyyat vasitəsini vuraraq ərazidən uzaqlaşıb. 

Baş dövlət Yol Polis İdarəsinin əməkdaşları hadisə yerinə cəlb edilib. Araşdırma aparılır.