Kəndlərə hücum edildi:


Dünya 16 Fev 2020 11:22:00 171 0

Kəndlərə hücum edildi:

Nigeriyanın şimalındakı Katsina əyalətindəki kəndlərə quldurların hücumu nəticəsində ən az 30 nəfər həlak olub.

Son.az bildirir ki, APA-nın RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə yerli "Punch" qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, quldurlar cümə axşamı Katsina əyalətindəki iki kəndə hücum ediblər. Hücum nəticəsində ölənlrin əksəriyyəti yaşlı insanlar və uşaqlardır.

Hazırda kəndlər dövlət təhlükəsizlik qüvvələri və polis əməkdaşları tərəfindən mühafizə olunur.