Dövlət qulluğuna qəbul üzrə test imtahanı keçirilir


Digərləri 16 Fev 2020 11:06:00 158 0

Dövlət qulluğuna qəbul üzrə test imtahanı keçirilir

Dövlət İmtahan Mərkəzi tərəfindən inzibati dövlət qulluğu vəzifələrinin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun olan vəzifələr üzrə test imtahanı keçirilir.

DİM-dən Son.az-a verilən məlumata görə, imtahan kompüter və ya kağız daşıyıcılar vasitəsilə aparılacaq. 

İmtahanda iştirak etmək üçün 1856 namizəd qeydiyyatdan keçib. İmtahan bütün binalarda eyni vaxtda - saat 10:00-da başlayacaq və 3 saat davam edəcək.

Test imtahanından müvəffəqiyyətlə keçən namizədə altqruplara daxil olan vəzifələrə uyğun olaraq sertifikat verilir. Sertifikatın qüvvədə olma müddəti 5 ildir. Namizəd dövlət qulluğu vəzifələri üzrə bir neçə sertifikat ala bilər.