Avropada koronavirusla əlaqədar ilk ölüm faktı qeydə alındı


Dünya 15 Fev 2020 14:17:23 233 0

Avropada koronavirusla əlaqədar ilk ölüm faktı qeydə alındı

Çinin Uhan şəhərində yayılmağa başlayan koronavirusdan ölənlərin sayı 1 500-ü ötüb

Çinli turist Fransada koronavirus xəstəliyindən ölüb.

“Report” RT-yə istinadən xəbər verir ki, bu barədə məlumatı Fransanın səhiyyə naziri verib.

Beləliklə, bu, Avropada qeydə alınan koronavirusla bağlı ilk ölüm hadisəsidir.

Xatırladaq ki, Çinin Uhan şəhərində yayılmağa başlayan koronavirusdan ölənlərin sayı 1 500-ü ötüb, yoluxanların sayı isə 66 400-dən artıqdır.