Koronavirus Afrikaya çatdı


Dünya 15 Fev 2020 00:32:57 142 0

Koronavirus Afrikaya çatdı

Misirdə koronavirusun yeni növünə (COVID-2019) ilk yoluxma hadisəsi qeydə alınıb.

Misirdə koronavirusun yeni növünə (COVID-2019) ilk yoluxma hadisəsi qeydə alınıb.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nаzirliyi məlumat yayıb.

Nazirliyin rəsmi nümayəndəsi Xaled Muqahed bildirib ki, xarici ölkədən gələn əcnəbinin analiz cavabları müsbət olub:

“Yoluxmuş şəxsin vəziyyəti stabildir, xəstəliyin əlamətləri yoxdur, 14 günlük karantinə yerləşdirilib”.

Onun hansı ölkənin vətəndaşı olduğu barədə məlumat verilməyib.