Bir ovucdan artıq yeməyin Turşuların FAYDASI


Digərləri 14 Fev 2020 23:38:00 142 0

Bir ovucdan artıq yeməyin  Turşuların FAYDASI

Meyvə və tərəvəzlərdən düzəldilən turşular tərkibində bir çox vitamin, mineral və antioksidantlarla zəngindir. Hətta tərkibindəki antioksidantlar səbəbindən soyuqdəymə zamanı xeyirlidir.

Son.az medicina.az-a istinadən turşunun faydalarını təqdim edir:

Çəkini nizamlamağa yardımçı olur

Turşu yüksək miqdarda lif ehtiva etdiyinə görə,yeməklərlə birlikdə yeyildikdə qidaların mədəni tərk etmə müddəti yavaşlayır, bu da toxluq hissinin daha uzun müddətli olmasına yardım edir. Sirkədə olan asid bədəndə yağ toplanmasının qarşısını alır. Həm kalorili, həm də qəbizliyə qarşı təsirli olduğu üçün arıqlamaq istəyənlərə kömək edir.

Xərçəngin profilaktikasını dəstəkləyir

Turşuda istifadə olunan tərəvəzlərin hər biri ayrı bir antioksidanla zəngindir. Antioksidanlar sərbəst radikallarla reaksiya verir, hüceyrələrə zərər verməsinin qarşısını alır. Sərbəst radikallara qarşı turşulu antioksidan təsiri ilə mübarizə aparır və bununla da xərçəngin qarşısını alır. Sarımsaq, çuğundur və gül kələm turşularında flavonoidlərin antioksidan tutumu yüksəkdir. Buna görə, bir turşudan deyil, müxtəlif vitaminlər, minerallar və antioksidantların qəbulunu təmin edir.

Ancaq diqqət edin!

Avropa"Cancer" Jurnalında nəşr olunan bir məqaləyə görə, natrium miqdarı yüksək olan qidaların mədə xərçəngi ilə əlaqəli olduğu aşkarlanıb. Buna görə mədə problemi olan insanlar çox diqqətlə yeməlidir.

Ürək-damar xəstəliklərindən qoruyucu

Tərkibindəki antioksidantlar, vitaminlər və minerallar sayəsində turşunun sağlam insanlarda ürək-damar xəstəliklərinə qarşı qoruyucu təsir edir. Ancaq bu qorunma sağlam insanlar üçün etibarlıdır. Qan təzyiqi problemi olan insanlar, tərkibində duz çox olduğuna görə turşu istehlakından çəkinməlidir, çünki təzyiq xəstələrində qan təziqini çoxaldaraq damarların quruluşunu pozur.