Qadında artıq çıxan 2 süd vəzisini kəsdilər Nadir rast gəlinən hal


Digərləri 14 Fev 2020 21:31:00 132 0

Qadında artıq çıxan 2 süd vəzisini kəsdilər  Nadir rast gəlinən hal

Dünyada 5-6% qadında rast gəlinən əlavə süd vəzi və ya vəziyə bənzər törəmələr süd vəzi rolunu oynamır və əlavə komplekslər yaradır.

Ona görə yeganə çıxış yolu əməliyyatdır.

Son.az medicina.az-a istinadən bildirir ki, 22 yaşlı ingilis qadın Fibi Ellis qolqutaltında tennis topu boyda kütlələri hələ 12 yaşı olarkən aşkarlayıb. Yəni normal süd vəziləri formaşalanda bu törəmələr də əmələ gəlib.

Bu şişkinliklər qız hər ay menstruasiya olan günlərdə ağrı verirdi.

Qız neçə dəfə həkimə müraciət etsə də, onda heç bir ciddi diaqnoz aşkarlanmayıb və xüsusi müayinə aparılmayıb.

Yaşı irəlilədikcə bu şişlərdən kompleksə düşən qız cərrahlardan onu götürmələrini istəsə də, həkimlər kosmetik əməliyyat olacağı üçün pulun sığorta tərəfindən ödənməyəcəyini bəhanə ediblər.

Getdikcə özünə qapılan, qısaqol geyinməyən, qarşı tərəflə görüşdən qaçan qız bədənini gizlətmək üçün yollar axtarırdı.