Yerdən 980 manat tapan şəxs pulu sahibinə qaytarıb


Digərləri 14 Fev 2020 20:09:00 49 0

Yerdən 980 manat tapan şəxs pulu sahibinə qaytarıb

Fevralın 12-də Daxili İşlər Nazirliyinin (DİN) "102" Zəng Mərkəzinə müraciət edən vətəndaş həmin gün Səbail rayonu ərazisində pulqabısını itirdiyini bildirib.

DİN-dən Son.az-a verilən məlumata görə, müraciətlə əlaqədar Bakı şəhər sakini Nüsrət Sultanov Səbail RPİ-nin 9-cu Polis Bölməsinə dəvət edilib. O, paytaxtın "Tarqovı" kimi tanınan "Nizami" küçəsində içərisində bank kartları, sənədləri və 980 manatı olan pulqabısını naməlum şəraitdə itirdiyini deyib.

Polis əməkdaşları tərəfindən müvafiq tədbirlərə başlanılıb.

Həmin gün axşam saatlarında DİN-in "102" Zəng Mərkəzinə müraciət edən digər bir vətəndaş isə yerdən pulqabı tapdığını bildirərək sahibinə qaytarılması üçün polisə təhvil vermək istəməsini bildirib.

Həmin şəxs - Qaradağ rayonunun Lökbatan qəsəbəsində yaşayan Həsən Həsənov da 9-cu Polis Bölməsinə dəvət edilib. O, içərisində bank kartları, sənədlər və pul olan pulqabını polisə təhvil verib.

Araşdırma zamanı məlum olub ki, bu, N.Sultanovun itirdiyi, ona məxsus sənədlər və qeyd edilən məbləğ olan pulqabıdır.

H.Həsənov Nizami küçəsində olarkən həmin pulqabını yerdən tapdığını, içində sənədlər olduğundan onu sahibinə qaytarmaq üçün ancaq polisə etibar etdiyini qeyd edib.

Hər iki şəxs 9-cu Polis Bölməsinə dəvət edilib, polis əməkdaşlarının iştirakı ilə həmin pulqabı sahibinə qaytarılıb.

Nüsrət Sultanov və Həsən Həsənov göstərdikləri bu köməkliyə görə polis əməkdaşlarına təşəkkürlərini bildiriblər. Azərbaycan polisinin etimad ünvanı olduğunu, ona güvəndiklərini qeyd ediblər.

Avstraliyada telekanalın canlı yayımındakı görüntü rekord qırdı like
  • 14 Fev 19:59  
Dünya Avstraliyada telekanalın canlı yayımındakı görüntü rekord qırdı

Avstraliyada yerli telekanallardan birinin efirində uşağın hərəkəti tama

arrow Ətraflı
Azərbaycanda qızıl və gümüş bahalaşır like
  • 14 Fev 19:54  
Digərləri Azərbaycanda qızıl və gümüş bahalaşır

Azərbaycanda qızıl və gümüş bahalaşıb.

arrow Ətraflı
MSK sabah seçkilərlə bağlı daha bir neçə şikayətə baxacaq like
  • 14 Fev 19:51  
Siyasət MSK sabah seçkilərlə bağlı daha bir neçə şikayətə baxacaq

​Sabah - fevralın 15-də Mərkəzi Seçki Komissiyası (MSK) Milli Məclisə

arrow Ətraflı
Çində aviareyslər təxirə salınır like
  • 14 Fev 19:46  
Dünya Çində aviareyslər təxirə salınır

Çində koronavirusun yayılması ilə bağlı ölkədə turizmi məhdudlaşdır

arrow Ətraflı
Azərbaycan və Qazaxıstan prezidentləri Münhendə görüşdü like
  • 14 Fev 19:45  
Siyasət Azərbaycan və Qazaxıstan prezidentləri Münhendə görüşdü

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 14-də Münhen

arrow Ətraflı
Ən iri smartfon istehsalçısının rəhbəri istefa verdi like
  • 14 Fev 19:44  
Dünya Ən iri smartfon istehsalçısının rəhbəri istefa verdi

Dünyanın ən iri smartfon istehsalçısı, Cənubi Koreyanın "Samsung&qu

arrow Ətraflı
"Əri bir sillə vuran kimi qaçırlar üstümə" like
  • 14 Fev 19:39  
Şou-biznes "Əri bir sillə vuran kimi qaçırlar üstümə"

Aparıcı Zaur Baxşəliyev "Bizimləsən" verilişində ailə münaqi

arrow Ətraflı
Leyla Əliyeva onkoloji xəstəlikdən əziyyət çəkən uşaqlarla görüşdü like
  • 14 Fev 19:34  
Sosial Leyla Əliyeva onkoloji xəstəlikdən əziyyət çəkən uşaqlarla görüşdü

Klinikada müalicə olunan uşaqlara hədiyyələr təqdim edilib.

arrow Ətraflı
Azərbaycanda AĞLASIĞMAZ CİNAYƏT like
  • 14 Fev 19:34  
Digərləri Azərbaycanda AĞLASIĞMAZ CİNAYƏT

Şəmkir rayonunda qadına qarşı amansız cinayət törətmiş Abbasov Elnur F

arrow Ətraflı
“Azərbaycan məscidləri” adlı fotosərgi elan edildi like
  • 14 Fev 19:29  
Kriminal “Azərbaycan məscidləri” adlı fotosərgi elan edildi

İDTMQİ-nin "İçərişəhər" Muzey Mərkəzinin tabeliyində fəali

arrow Ətraflı
Gürcüstanda azərbaycanlı qız qaçırıldı like
  • 14 Fev 19:21  
Sosial Gürcüstanda azərbaycanlı qız qaçırıldı

Gürcüstanın Marneuli rayonunun mərkəzində bir neçə oğlan 17 yaşlı az

arrow Ətraflı
Onlar belə sevdilər like
  • 14 Fev 19:21  
Kriminal Onlar belə sevdilər

Son.az Kulis.az-a istinadən 14 fevral - Sevgililər günü münasibəti ilə ya

arrow Ətraflı
Hələbdə Suriyanın helikopteri vurulub like
  • 14 Fev 19:19  
Dünya Hələbdə Suriyanın helikopteri vurulub

Hələbdə Suriyanın helikopteri vurulub.

arrow Ətraflı