Ən iri smartfon istehsalçısının rəhbəri istefa verdi


Dünya 14 Fev 2020 19:44:00 122 0

Ən iri smartfon istehsalçısının rəhbəri istefa verdi

Dünyanın ən iri smartfon istehsalçısı, Cənubi Koreyanın "Samsung" şirkətinin Direktorlar Şurasının sədri Li San Hun istefa verib.

Son.az Trend-ə istinadən bildirir ki, o, həmkarlar təşkilatının işinə maneçilik törətmək ittihamı ilə cəzalandıqdan sonra vəzifəsini tərk edib.

Qeyd olunur ki, şirkət rəhbəri bir müddət əvvəl 18 ay müddətinə azadlıqdan məhrum edilmişdi.

Bundan başqa, şirkətin 31 əməkdaşı da həmkarlar təşkilatına qarşı qanunsuz fəaliyyətdə ittiham olunub.