Azərbaycan nefti bahalaşır


Digərləri 14 Fev 2020 13:04:00 116 0

Azərbaycan nefti bahalaşır

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti fevralın 13-də 60,8 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,27 dollar/barel çoxdur.

Son.az xəbər verir ki, bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 59,97 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,25 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 54,27 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,46 dollar/barel çoxdur.