ABŞ "Huawei"ə qarşı məhdudiyyətləri ertələməyi qərara aldı


Dünya 14 Fev 2020 08:57:00 119 0

ABŞ "Huawei"ə qarşı məhdudiyyətləri ertələməyi qərara aldı

ABŞ Çinin "Huawei" şirkətinə qarşı məhdudiyyətləri ertələməyi qərara alıb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, ABŞ administrasiyası ölkə şirkətlərinə Çinin telekommunikasiya korporasiyası "Huawei"ə milli təhlükəsizliyə təsir etməyən məhsulları satmağa icazə verən lisenziyanı 1,5 ay müddətinə uzadıb.

Bildirilir ki, müvəqqəti lisenziya 2020-ci ilin 1 aprel tarixinə qədər uzadılıb.