Türkiyə Suriya ilə sərhədə tanklar göndərib


Dünya 14 Fev 2020 08:33:00 129 0

Türkiyə Suriya ilə sərhədə tanklar göndərib

Türkiyə Silahlı Qüvvələri Suriya ilə sərhədə tanklar və artilleriya qurğuları göndərməyə davam edir.

Trend-in Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, müxtəlif hərbi hissələrin hərbi texnikalar Qaziantep əyalətinə çatdırılıb və buradan Hatay əyalətinə yola düşəcək.

Qeyd edilir ki, hərbi texnikanın Suriya ilə sərhədə göndərilməsinin məqsədi hərbi hissələrin gücləndirilməsidir.