Rusiya və Türkiyənin Baş Qərargah rəisləri İdlibdəki vəziyyəti müzakirə ediblər


Dünya 14 Fev 2020 08:39:00 102 0

Rusiya və Türkiyənin Baş Qərargah rəisləri İdlibdəki vəziyyəti müzakirə ediblər

Rusiyanın Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Valeri Gerasimov və Türkiyənin Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Yaşar Güler arasında telefon danışığı olub.

Trend-in Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, tərəflər telefon danışığı zamanı Suriyada, xüsusilədə İdlibdəki vəziyyətə dair ikitərəfli gündəlikdə olan məsələləri müzakirə ediblər.