347 nəfərin öldüyü adada yeni dəhşət oyandı


Dünya 14 Fev 2020 03:30:00 120 0

347 nəfərin öldüyü adada yeni dəhşət oyandı

İndoneziyanın Yava adasındakı Merapi vulkanında partlayış olub.

Son.az xəbər verir ki, bu barədə "Tempo" informasiya yayıb.

Məlumata görə, Cokyakarta şəhərində yerləşən vulkan səhər püskürüb və proses 150 saniyə davam edib.

Səlahiyyətli şəxslər partlayışda üzə çıxan kül və dumanın vulkanın kraterindən 2 min metr yüksəyə qalxdığını bildirib.

Vulkanologiya və Geoloji Fövqəladə Vəziyyətin Azaldılması Mərkəzi (PVMBG) ikinci təhlükə siqnalı (Waspada) səviyyəsindəki vulkanın 3 km əhatəsində olmaması üçün yerli xalqa və əhaliyə xəbərdarlıq edib.